Xəmsə Milli İntellektual oyunu üzrə gənclər arasında V Azərbaycan Çempionatının Final mərhələsi -

“Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında V Azərbaycan Çempionatının Final mərhələsi

Təşkilatçılar: Gənclər və İdman Nazirliyi və "Gənclər İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi

Keçiriləcəyi yer: Kempinski Hotel-Badamdar kompleksinin "Qəbələ" zalı

Keçiriləcəyi vaxt: 04 may 2012-ci il, saat 16:00-da

Çempionatın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Çempionatın rayon (şəhər) və zona seçim turları aprel ayında keçirilmişdir. Zona seçim turlarında qalib gəlmiş 16 komanda Final mərhələsində iştirak etmək hüququ qazanmışdır.

Final mərhələsində iştirak etmək hüququ qazanmış komandalar:
1. "Zirvə" komandası (Naxçıvan MR)
2. "Evrika" komandası (Naxçıvan MR)
3. "Fətəli Xan" komandası (Quba rayonu)
4. "Flaqman" komandası (Siyəzən rayonu)
5. "Qirfindorf" komandası (Balakən rayonu)
6. Qəbələ komandası (Qəbələ rayonu)
7. "İrəli" komandası (Gəncə şəhəri)
8. "Milenium" komandası (Göygöl rayonu)
9. Lənkəran komandası (Lənkəran rayonu)
10. "Ərgünəş" komandası (Füzuli rayonu)
11. "İntellekt" komandası (Tərtər rayonu)
12. "Ərəş" komandası (Ağdaş rayonu)
13. "Eldorado" komandası (Sumqayıt şəhəri)
14. "Nevermind" komandası (Bakı şəhəri)
15. "İntellekt" komandası (Bakı şəhəri)
16. "Turan" komandası (Bakı şəhəri)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !