Öz məşəlini alovlandır! Eurovision-2012 mahnı müsabiqəsi ilə əlaqədar paytaxta yük avtomobillərinin girişi məhdudlaşdırılacaqdır -

“Öz məşəlini alovlandır!” “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxta yük avtomobillərinin girişi məhdudlaşdırılacaqdır

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar hüquqi şəxslərə müraciət etmişdir.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev AzərTAc-a bildirmişdir ki, hüquqi şəxslərə edilən müraciətdə mayın 8-dən 28-dək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunmuşdur.
Müraciət “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtda hərəkətin intensivliyi nəzərə alınaraq nəqliyyat sıxlığının yaranmamasının təmin olunması məqsədi ilə edilmişdir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !