Gəncədəki mehmanxanalar «Eurovision-2012» mahnı müsabiqəsinə hazırlaşırlar -

Gəncədəki mehmanxanalar «Eurovision-2012» mahnı müsabiqəsinə hazırlaşırlar

Gəncədəki mehmanxanalar Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bu şəhərə gələcək xarici turistlərə yüksək səviyyədə xidmət göstərmək məqsədilə hazırlıq işlərinə başlamışlar.

Gəncə Regional Turizm İnformasiya Mərkəzindən AzərTAc-a bildirmişlər ki, artıq mehmanxanalarda xarici dilləri bilən çoxlu sayda işçi qəbul edilmiş və onlar xüsusi kurslarda məşğələlər keçmişlər. Bundan əlavə, hər bir mehmanxana işçisi Azərbaycan, eləcə də Gəncə haqqında məlumatlarla bağlı müsabiqələrdən keçmişdir.

Mərkəzdən onu da bildirmişlər ki, son üç ayda Gəncəyə 5 min 265 turist gəlmişdir. Onlardan 1.292 nəfəri xarici vətəndaş olmuşdur. Bütün bunlar isə onu göstərir ki, xarici turistlər arasında Azərbaycanın ikinci mədəniyyət mərkəzi olan qədim Nizami yurduna maraq gündən-günə artır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !