Öz məşəlini alovlandır! Baku Crystal Hall da ən son texnologiyalardan istifadə olunacaqdır -

“Öz məşəlini alovlandır!” “Baku Crystal Hall”da ən son texnologiyalardan istifadə olunacaqdır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı tədbirlər planına uyğun olaraq, “Baku Crystal Hall” kompleksi və ona yaxın ərazilər, həmçinin ətrafdakı binalar yüksək və dayanıqlı mobil rabitə xidməti ilə təmin olunacaqdır.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, quraşdırılacaq avadanlıq eyni vaxtda 30 mindən artıq abonentə xidmət edə biləcəkdir. Abonentlərə “2G”, “3G” xidmətləri ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq kütləvi istifadə üçün LTE texnologiyası da təqdim olunacaqdır.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !