İlham Əliyev Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişdir -

İlham Əliyev Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də Bakı-Ələt yolunun Dövlət Bayrağı Meydanına gedən 2-4 kilometrlik hissəsinin açılışında iştirak etmişlər.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, 2,8 kilometr uzunluğu olan yolda hərəkət zolaqlarının eni 3,75 metrdir. Səkkizzolaqlı yolun üzərində 4 piyada keçidi də inşa olunmuşdur.

Tikinti zamanı 614 min kubmetr torpaq işləri görülmüş yolun əhəmiyyətini artıran digər mühüm amil onun “Azneft” meydanından Dövlət Bayrağı Meydanına, oradan isə Bibiheybət məscidi istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməsidir.

Azərbayan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edək ki, Bakı-Ələt yolunun yenidən qurulması və tikintisinə dair Nazirlər Kabineti 2008-ci il 6 fevral, 2009-cu il 2 fevral, 2010-cu il 28 yanvar, Bakı-Ələt yolunun 2-4-cü kilometrliyinin yenidən qurulması üçün isə 2011-ci il 25 yanvar tarixli sərəncamlar qəbul etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !