Step İn səfirliklərlə birlikdə Alovumuza dəstək ol şuarı altında Avropa günü -nü qeyd etdi. -

Step İn” səfirliklərlə birlikdə “Alovumuza dəstək ol” şuarı altında“Avropa günü”-nü qeyd etdi.

“Eurovision 2012” – yə dəstək naminə yaradılmış “Step İn” gənclərin təşəbbüs qrupu və Azərbaycan Gənclərinin Avropaya İnterqasiyası Təşkilatı (AGAT) tərəfindən “9 may - Avropa Günü”nə həsr olunmuş 3 günlük “Step İn Europe” aksiyası keçirildi. Əsas məqsədi “Euovision 2012” yarışmasında iştirak edəcək ölkələri Azərbaycanda təmsil edən səfirliklərin “Eurovision alovun” dəstəkləməsidir. Aksiya çərçivəsində “Step İn” gənclərin təşəbbüs qrupu “Eurovision 2012” iştirakçısı olan ölkələrin səfirliklərini “Avropa günü” ilə təbrik etdilər, xüsusi hədiyyələr təqdim etdilər və onlarla birlikdə “Eurovision 2012”-in “Alovumuzu dəstəklədilər” (“Support our fire”).
Aksiyaya 15-dən artıq ölkənin səfirlikəri (İtaliya, Rusiya, Ruminiya, İsrail, Avstriya, Yunanıstan, Bolgarıstan, Polşa, Serbiya, Türkiyə, Litva və s.) və Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri iştirak etmişdir. Kampaniya zamanı şəkillər çəkilmiş və video görüntülər lentə alınmışdır. Yaxın zamanlarda “Step İn Europe” aksiyasının video çarxı hazırlanıb ictimaiyyətə çatdırılacaq.
Məlumat üçün, "Step In!" (www.stepin.az) - "ESC Baku 2012" ətrafında gənclərin idealarının reallaşdırılması məqsədi ilə yaradılmış gənclərin təşəbbüs qrupudur.
“Step İn!” gənclərin təşəbbüs qrupun tərəfdaşları: Park Bulvar, “Əli və Nino” kitab şəbəkəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Komitəsi, ASAİF (Azərbaycanlı Tələbələr və Məzunların Beynəlxalq Forumu) , “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) və Tələbə.az Portalıdır.
İdealarını reallaşdırmaq üçün sən də "Step In!" ET, TƏŞƏBBÜS GÖSTƏR, FƏAL OL!

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !