Məryam Qədimovanın fərdi sərgisi -

Məryam Qədimovanın fərdi sərgisi

Bakıda "Yeni Gallery" qalereyasında (Bakı İncəsənət Mərkəzi) 11 maydan gənc rəssam Məryam Qədimovanın debüt fərdi sərgisi keçirilir.

Qədimova Məryam 1996-cı il 28 yanvarda anadan olmuşdur. Uşaqlıqdan şəkil çəkmək və ümumiyyətlə yaradıcılıqla məşğul olmağı sevirdi. Ona görə də müxtəlif yaradıcılıq dərnəklərinə gedirdi. 9 yaşından Məryam fərdi olaraq rəsm çəkməklə məşğul olmağa başlayır. Müəllimi, pedaqoq Evelina Əliyeva ilə ilk gündən dostluq əlaqələri yaranır. Evelina ona yaradıcılığa böyük məhəbbət aşılamağa müvəffəq olur və Məryamın yaradıcılıq potensialının açılmasına və inişaf etməsinə kömək edir.

Bu, Məryamın birinci sərgisidir. Sərgidə gənc rəssamın müxtəlif yaş dövrlərində işlədiyi əsərlər nümayiş olunur. Buna qədər onun şəkilləri yalnız gül bayramında nümayiş etdirilmişdi. Hal-hazırda Məryam 160 №-li klassik gimnaziyanın 10-cu sinifində oxuyur və Memarlıq Universitetinə daxil olmağa hazırlaşır.

Sərgi 14 may tarixinə qədər davam edəcək.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !