Öz məşəlini alovlandır! Step İn gənclərin təşəbbüs qrupu Heydər zirvəsi ndən Eurovision-2012 yə dəstək nümayiş etdirmişdir -

“Öz məşəlini alovlandır!” “Step İn” gənclərin təşəbbüs qrupu “Heydər zirvəsi”ndən “Eurovision-2012”yə dəstək nümayiş etdirmişdir

“Step İn” gənclərin təşəbbüs qrupu “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı gənc alpinistlər tərəfindən irəli sürülmüş qeyri-adi təşəbbüsü dəstəkləmişdir.
AzərTAc xəbər verir ki, gənc alpinistlər “Step İn” təşkilatçılığı ilə “Eurovision- 2012”yə dəstək nümayiş etdirmək üçün Şahdağda dəniz səviyyəsindən 3 min metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmışlar. Uzun yol qət edən alpinistlər sonda “Step İn” bayrağını zirvəyə qaldıraraq “Eurovision-2012” həyəcanını Azərbaycanın hüdudlarına daşımışdır.
“Step In!” (www.stepin.az) “Eurovision-2012” mahnı müsabiqəsi ətrafında gənclərin ideyalarının reallaşdırılması məqsədilə yaradılmış gənclərin təşəbbüs qrupudur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !