Öz məşəlini alovlandır! Eurovision-2012 mahnı müsabiqəsi ilə əlaqədar Bakıya gələn qonaqların hərəkətinin təhlükəsizliyi təmin edilir -

“Öz məşəlini alovlandır!” “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıya gələn qonaqların hərəkətinin təhlükəsizliyi təmin edilir

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar Bakıya gələn qonaqların hərəkətinin təhlükəsizliyi təmin edilir.
Bu sözləri Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AzərTAc-a müsahibəsində demişdir. Bölmə rəisi bildirmişdir ki, artıq qonaqlar paytaxtımıza gəlirlər. Onların müxtəlif istiqamətlərdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə başlanılmışdır.
Vaqif Əsədov diqqətə çatdırmışdır ki, mayın 12-dən etibarən Bakıya gələn qonaqların qarşılanması və onların müxtəlif istiqamətlərdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Hökumət Evinin arxasında, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Rəsul Rza, Niyazi, Rəşid Behbudov, Füzuli, Neftçilər, Bülbül və digər küçə və prospektlərdə yerləşən hökumət və qeyri-hökumət təşkilatlarında çalışanların şəxsi nəqliyyat vasitələrinin həmin ərazilərdə parklanmasına qadağa qoyulmuşdur. Həmin istiqamətlərdəki küçələrdə parklandırılan avtomobillər yığışdırılaraq cərimə meydançasına aparılır.
Sürücülərdən xahiş olunur ki, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər və bu istiqamətlərə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !