Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə Bakı Dövlət Universitetinin açıq çempionatı keçirilibəcəklər -

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə Bakı Dövlət Universitetinin açıq çempionatı keçirilibəcəklər

Bakı Dövlət Universitetdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə açıq çempionat keçirilib. Tədbirə qatılan rektor, akademik Abel Məhərrəmov Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən intellektual oyunun əhəmiyyətindən danışıb. Məlum olub ki, çempionatda bütün ali məktəblərdən yığma komandalar iştirak edir. Ümumilikdə, 50 komandada (hər komandada 6 əsas və 2 ehtiyat oyunçu) 350-dən artıq tələbə-gənc olmaqla intellektual mübarizə aparırlar. Bu çempionatlar davamlı xarakteri aldığından universitetdə intellektual klubu yaradılıb. THİK-in sədri Daşqın Qəmbərov da öz növbəsində yarışa qatılanlara nailiyyətlər arzu edib, layiq olanın çempion olmasını arzulayıb.

Qeyd edək ki, hər həftənin şənbə günü bir saylı tədris binasının 306 saylı auditoriyasında BDU-nun intellektual oyunlara marağı olan gənclər üçün dövrə oyunları keçirilir. İntellektual oyunlara yaradılan şəraitin nəticəsidir ki, ölkə miqyasında keçirilən yarışlarda BDU komandaları davamlı olaraq liderliyi əllərində saxlayırlar. 2011-ci ildə BDU-nun komandasının Respublika üzrə ali məktəblər arasında I yeri, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Mən Azərbaycanlıyam” intellektual yarışında «ilin ən intellektual gənci» kimi böyük uğurlar qazanmaları dediklərimizi təsdiqidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !