Region gəncləri də Eurovision 2012 müsabiqəsinə dəstək verirlər -

Region gəncləri də “Eurovision 2012” müsabiqəsinə dəstək verirlər

“Eurovision 2012” müsabiqəsi çərçivəsində gənclərin təşəbbüslərinin dəstəklənməsi və idealarının reallaşdırılması məqsədi ilə yaradılmış “Step İn!” gənclərin təşəbbüs qrupu bu gün Mingəçevir şəhərində olmuşdur.
Şəhərdə gənclər qrupunu Gənclər üçün Təhsil Mərkəzinin regional ofisinin üzvləri qarşılamış və qonaqlara bu möhtəşəm müsabiqəyə dəstək verdiklərini nümayiş etdirmişdirlər.
Mərkəzin üzvləri müsabiqə ilə bağlı güllərdən hazırladıqları tablonu qonaqlara hədiyyə edərək, Mingəçevir şəhər gəncləri adından bu möhtəşəm yarışmaya dəstəklərini əsirgəməyəcəklərini söz bəyan etmişdirlər.

Mətbuat Xidməti
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !