Bakı Musiqi Akademiyası Univision tələbə mahnı müsabiqəsində birinci yerə layiq görülüb -

Bakı Musiqi Akademiyası “Univision” tələbə mahnı müsabiqəsində birinci yerə layiq görülüb

AzPRESS xəbər verir ki, mayın 17-də Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının ilk dəfə tələbələr arasında təşkil etdikləri “Univision” mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Yarışmani izləməyə gələnlər arasında incəsənət nümayəndələri ilə yanaşı, hökumət rəsmiləri, Milli Məclisin deputatları da olub.
Yarışmada 13 universitetin tələbələri hazırladıqları musiqi nömrələrini təqdim ediblər. Hər bir iştirakçının çıxışından əvvəl onun haqqında reklam çarxı yayımlanıb.
Çıxışlardan sonra münsiflər heyəti və tələbələrdən ibarət gizli şura müzakirələr aparıb. Münsiflər heyətinin qərarı ilə Bakı Musiqi Akademiyası “Univision” tələbə mahnı müsabiqəsində birinci yerə layiq görülüb və xüsusi kubok qazanıb.
Final mərhələsi çərçivəsində, həmçinin “Step İn!” gənclərin təşəbbüs qrupu tərəfindən hazırlanmış klip göstərilib. Klipdə tələbələrdən Nərgiz Hüseynova, Məltəm Kərimova, Sinan Ağayev və Turan Eldarova ilə birlikdə, estradanın tanınmış simaları - əməkdar artist Tünzalə Ağayeva, Səfurə Əlizadə və Orxan Kərimli də çəkiliblər.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !