Öz məşəlini alovlandır! Bakıda Eurovision-2012 qədim odlar Diyarında mövzusunda sərgi açılmışdır -

“Öz məşəlini alovlandır!” Bakıda “Eurovision-2012” qədim odlar Diyarında mövzusunda sərgi açılmışdır

Azərbaycan İstiqlal Muzeyində 18 may – Beynəlxalq Muzeylər Günü və “Eurovision-2012” mahnı müsabiqəsinə həsr olunmuş sərgi açılmışdır.
AzərTAc xəbər verir ki, sərgidə 70-dən çox müxtəlif mövzulu rəsmlər nümayiş etdirilir.
Tədbirdə muzeyin direktoru Fəridə Şəmsi çıxış edərək demişdir ki, Beynəlxalq Muzeylər Günü 1978-ci ildən etibarən hər il dünyanın 150-dən çox ölkəsində qeyd olunur. Bu il isə həmin tarix ölkəmizin mədəni həyatında mühüm hadisə olan “Eurovision-2012” mahnı müsabiqəsinin keçirildiyi günlərə təsadüf edir. Buna görə də muzeydə təşkil dilmiş sərgi “Eurovision-2012” qədim odlar diyarında adlandırılmışdır.
Mərasimdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək sərginin özəlliklərindən danışmışdır.
Bildirilmişdir ki, bu sərginin müəllifləri Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olanın 20 yaşlı rəssamlardır. Sərginin əsas iştirakçıları Qərb Universitetinin dizayn fakültəsinin tələləridir.
Mayın 28-dək davam edəcək sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !