“Öz məşəlini alovlandır!” Qədim və müasir İçərişəhər “Eurovision-2012” mahnı müsabiqəsinin qonaqlarını möhtəşəm “Meydan bazarı” ilə qarşılayır -

“Öz məşəlini alovlandır!” Qədim və müasir İçərişəhər “Eurovision-2012” mahnı müsabiqəsinin qonaqlarını möhtəşəm “Meydan bazarı” ilə qarşılayır

Azərbaycanın ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi günlərdə ölkəmizin çoxsaylı xarici qonaqları arasında mədəniyyətimizin və tariximizin təbliği, xalq tətbiqi sənətinin dəstəklənməsi və sənətkarların əl işlərinin sərgi-satışının təşkili, turistlərin əyani şəkildə sənətkarlıq məhsullarının hazırlanması prosesini izləmələri üçün mayın 20-də Qoşa qala qapısı meydanında ənənəvi “Meydan bazarı” açılmışdır.
Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı, “Azerfon” və “Gazelli International ltd” şirkətlərinin dəstəyi ilə keçirilir.
AzərTAc xəbər verir ki, bununla yanaşı, həmin gün Qız qalasının qarşısında Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin milli yayımçısı olan İctimai Televiziyanın yayım imkanlarından istifadə edilməklə “Eurovision” fanatları ilə canlı bağlantı yaradılmışdır.
Bütün bunlar ziyarətçilərə müsabiqə günlərində həm “Meydan bazarı”nda, həm də bütövlükdə İçərişəhər ərazisində “İçərişəhərin tarixi tipajları”nı görmək və onlarla canlı ünsiyyət qurmaq imkanı yaratmışdır.