Öz məşəlini alovlandır! Azərbaycan musiqi mədəniyyətinin simvolu sayılan qavaldaş Eurovision-2012 mahnı müsabiqəsinin səhnəsində -

“Öz məşəlini alovlandır!” Azərbaycan musiqi mədəniyyətinin simvolu sayılan qavaldaş “Eurovision-2012” mahnı müsabiqəsinin səhnəsində

mayın 21-də “Baku Crystal Hall”un səhnəsində “Eurovision-2012” mahnı müsabiqəsinin birinci yarımfinalının iştirakçılarının mətbuat üçün açıq məşqi keçirilmişdir.
AzərTAc xəbər verir ki, bir-birinin ardınca 18 ölkənin təmsilçiləri məşq edəndən sonra “Baku Crystal Hall”un səhnəsinə çıxan yarışmanın aparıcıları Leyla, Eldar və Nərgiz səsvermə qaydaları barədə məlumat vermişlər.
Daha sonra birinci yarımfinal iştirakçılarının interval aktı tamaşaçılara təqdim olunmuşdur.
Məşq zamanı, həmçinin tamaşaçılar Azərbaycan mədəniyyətinin möhtəşəmliyinin də şahidi olmuşlar. Bu şouda Azərbaycanın milli musiqi alətləri tar, kamança, balaban, nağaranın ifasındakı performans Avropa mediasının marağına səbəb olmuşdur. Azərbaycan musiqi mədəniyyətinin simvolu sayılan qavaldaşın “Eurovision-2012” mahnı müsabiqəsinin səhnəsinə gətirilməsi isə tamaşaçılarda tamam başqa bir təəssürat oyatmışdır. Qədim qavaldaşda “Natiq” ritm qrupunun bədii rəhbəri Natiq Şirinov ifa etmişdir. Bu şouda Azərbaycan Dövlət rəqs ansamblının ifasında “Yallı” rəqsinin nümayişi, eyni zamanda, “Natiq” ritm qrupunun ifası yaddaqalan olmuşdur.
Tamaşaçılar “Baku Crystal Hall”un səhnəsində mayın 21-də birinci yarımfinalın əsas məşqi zamanı, mayın 22-də isə yarımfinal şousunun canlı efirində bu möhtəşəmliyin şahidi olacaqlar.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !