İspaniya parlamenti uydurma erməni soyqırımı nı tanımaqdan imtina etmişdir -

İspaniya parlamenti uydurma “erməni soyqırımı”nı tanımaqdan imtina etmişdir

İspaniya parlamentinin xarici işlər komissiyası uydurma “erməni soyqırımı”nın tanınması təklifini əleyhinə 36, lehinə 3 səs olmaqla rədd etmişdir.
AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Bask bölgəsində fəaliyyət göstərən “Amaiur” koalisiyasından olan iki deputat 1915-ci ildə Osmanlı İmperiyası dövründə baş vermiş hadisələrin soyqırımı kimi tanınması barədə layihə təklifini hazırlamışdır.
Yalnız Birləşmiş Sol və Bask Millətçi Partiyasının dəstək verdiyi layihənin əleyhinə iqtidardakı Xalq Partiyası və ana müxalifətdəki Sosialist İşçi Partiyası başda olmaqla digər partiyalar çıxmışlar.
Komissiyadakı iclasda Xalq Partiyasının deputatı Xose Maria Beneyto və Sosialist İşçi Partiyasından olan deputat Meritxell Batet çıxış edərək bu cür addımların Fransa nümunəsində olduğu kimi Türkiyə-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcəyini diqqətə çatdırmışlar.
Demokratiya və Tərəqqi Birlik Partiyasından olan deputat İrene Lozano isə layihəni gündəmə gətirənlərə sərt etirazını bildirərək vurğulamışdır ki, buraya gəlib ermənilər üçün timsah göz yaşları tökməzdən və onların qəhrəmanlıqlarından danışmazdan əvvəl Bask bölgəsində terror hücumları nəticəsində ölənlər üçün ağlayın və bu terroru pisləyin. Məncə bu hərəkət tamamilə ikiüzlülükdür. Ən pisi isə erməniləri müdafiə etməyinizdir.
Təklifin İspaniya parlamentində rədd edilməsində Türkiyənin İspaniyadakı səfirliyinin də rolu olduğu qeyd edilir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !