Eurovision Mətbuat Mərkəzində plov mərasimi -

Eurovision Mətbuat Mərkəzində plov mərasimi

Eurovision Mahnı Müsabiqəsi 2012 çərçivəsində qonaqlar daha bir maraqlı layihənin şahidi olublar. Mətbuat Mərkəzində yerli və əcnəbi jurnalistlərə, eləcə də fanatlara Azərbaycan süfrəsinin tacı hesab edilən plov təqdim edilib. Plov rəqqasların müşaiyəti ilə zala gətirilib. Ləziz plovdan dadan qonaqlar müsabiqə çərçivəsində belə maraqlı tədbirləri sevinclə qarşılayıblar. Onlar bir daha Azərbaycan xalqının zəngin süfrə mədəniyyətinə, qonaqpərvərliyinə valeh olublar.

eurovision.az