58-ci Eurovision Mahnı Müsabiqəsinin tarixləri açıqlandı -

58-ci Eurovision Mahnı Müsabiqəsinin tarixləri açıqlandı

Növbəti müsabiqə mayın 14, 16 və 18-də olacaq

2013-cü ildə Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalı mayın 14-də, ikinci yarımfinalı mayın 16-da, finalı isə mayın 18-də keçiriləcək. Bu barədə bu gün keçirilən mətbuat konfransında Eurovision Mahnı Müsabiqəsinin rəhbəri Yan Ola Sand bildirib. Onun sözlərinə görə, bu ilkin tarixlərdir. Qeyd olunan tarixlər bir daha nəzərdən keçiriləcək və digər önəmli mərasimlərin keçirildiyi tarixlə üst-üstə düşüb-düşmədiyi araşdırılacaq.

eurovision.az