Tanıdım səni verilişi Ağcabədi rayonunda -

“ Tanıdım səni” verilişi Ağcabədi rayonunda

26 may 2012- ci il tarixdə saat 13:00-da Ağcabədi rayonu Ümummilli Lider Heydər Əliyevin adına mədəniyyət və istirahət parkında Azad Azərbaycan Televiziyasının “ Tanıdım səni” verilişinin şou proqramı olmuşdur.
Azad Azərbaycan Televiziyasının layihəsi olan, tanınmış teleaparıcı Zaur Baxşəliyev tərəfindən aparılan “ Tanıdım səni” verilişinin növbəti buraxılışı Ağcabədi rayonunun xüsusi istedadı ilə seçilən uşaqlarının , yeniyetmələrinin və gənclərinin seçim turuna həsr olunmuşdur.

Ağcabədi ictimaiyyətinin böyük marağına səbəb olan “ Tanıdım səni “ layihəsi xüsusi istedadı ilə seçilən gənclərin üzə çıxarılmasında mühüm rol oynayır.

Ağcabədi rayonunda Zaur Baxşəliyevin, müğənni Könül Kərimovanın, diktor Şərqiyyə Hüseynovanın münsiflər heyətində olduğu “Tanıdım səni” şou proqramının keçirilən seçim turunda seçilən iştirakçılar Səfərova Fatimə,Səfərova Sara rəqqasə , Əliyev Təbriz rəqqas, Məmmədov Hürü, Anar Rasimoğlu xanəndə kimi öz qabiliyyətlərini ümumrespublika turunda bir daha nümayiş etdirəcəklər.Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai
Təşkilatlar və Siyasi Partiyalarla iş şöbəsinin müdiri: R.Şükürova

Tədbirdə 1250 nəfər iştirak etmişdir.

Ağcabədi rayon Azpress saytının əməkdaşı Foto-müxbir Zeyniyev Fərəc

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !