28 may - Respublika Gününə həsr olunmuş konsert -

28 may - Respublika Gününə həsr olunmuş konsert

AzPRESS xəbər verir ki, 29 may 2012-ci ildə Kapelhausda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin 28 may - Respublika Gününə həsr olunmuş konserti keçirilmişdir.
Konsert məktəbin ibtidai sinif şagirdlərindən ibarət kiçik xorun ecazkar ifası ilə başlandı. Məktəbin şagirdləri fortepianoda, simli və nəfəs alətlərində öz unudulmaz ifalarını nümayiş etdirdilər.
Milli və xarici bəstəkarların asrarəngiz əsərlərinin peşəkar ifası qonaqlar tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !