Günəş rəsm studiyasının sərgisi -

“Günəş” rəsm studiyasının sərgisi

AzPRESS xəbər verir ki , “Günəş” rəsm studiyası Bakı Şəhər 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin nəzdində 2000-ci ildən fəaliyyət göstərir. Studiyaya bacarıqlı pedaqoq və qrafika ustası N.Rzayeva dərs deyir.
29 may 2012-ci il Respublika Günü ilə bağlı uşaqların rəsm əsərlərin- dən ibarət sərgi və bayram şənliyi keçirilir. Sərgidə “Günəş” rəsm studiyası üzvlərinin 210 rəsm əsəri nümayiş olunur. Burada uşaqların mənzərə, natürmort janrında uğurlu kompozisiyaları nümayiş olunur. Onların yaradıcılığındakı uğurlu cəhət obraz yaratmaq məharətindədir. Ağ-qara kompozisiyalar rəsmə, rəngli natürmortlar isə boyakarlığa olan həvəsdən xəbər verir.
Sərgidə “Azərbaycan dünyası”, “Dədə Qorqud” fondunun prezidenti Eldar İsmayılov, tanınmış rəssam-qrafik Həsənağa Məmmədov, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov, gənc rəssam Elnur Mahmudov iştirak edirlər. uşaqlara Diplom, Fəxri Fərman verilir.

Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !