Gənc istedadlar liseyində Son zəng keçirilib -

“Gənc istedadlar” liseyində “Son zəng”keçirilib

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində “Son zəng” keçirilib. Rektor, akademik Abel Məhərrəmov müstəqil həyata qədəm qoyan məzunları və onların valideynlərini salamlayıb, bu gözəl gün münasibəti ilə təbrik edib. Rektor qeyd edib ki, hər il olduğu kimi bu il də liseyi bitirən məzunların hamısının tələbə adına layiq görüləcəyinə, xalqımızın gələcəyi naminə görülən böyük işlərin iştirakçılarına çevriləcəyinə şübhə etmir. Akademik Abel Məhərrəmov liseyin məzunlarına və şagirdlərinə öz tövsiyəsini verib, onları bir daha təbirik edib. Daha sonra liseyin direktoru, professor Qasım Hüseynov, lisey Valideyn Komitəsinin sədri, şair Oqtay Zəngilanlı və digərləri çıxış ediblər.

Qeyd edək ki, lisey 2007-ci ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən fəaliyyətə başlayıb. Hazırda liseydə 470 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 21 nəfər elmi dərəcəli BDU müəllimləri olmaqla 71 nəfər müəllim məşğul olur. Liseyə maraq ildən-ilə sürətlə artır. Bu il liseyin Azərbaycan və rus bölmələrinin V sinfinə 60 nəfər şagirdin qəbulu nəzərdə tutulduğu halda, 960 nəfər ərizə verib. Liseydə üç buraxılış olub və 61 nəfərin hamısı nüfuzlu ali məktəblərə qəbul olublar. TQDK-nın statistik məlumatına əsasən, liseyin 2009, 2010 və 2011-ci il məzunları topladıqları orta bala və düzgün cavabların faizinə görə Təhsil Nazirliyinin tabeliyində olan və özəl liseylər arasında birinci olub.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !