Sumqayıtda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş rəsm sərgisi. -

Sumqayıtda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş rəsm sərgisi.

01.06.2012-ci il tarixdə Sumqayıt Dövlət Rəsm Qalereyasında 01 İyun " Uşaqların Beynəlxalq Müdafiəsi Günü" nə həsr edilmiş rəsm sərgisi keçirilmişdir. " Hər birimiz bir çiçək" adı altında düzənlənən sərginin keçirilməsində məqsəd körpə fidanları təbrik etmək, vaxtlarının rəngarəng və maraqlı keçirilməsində şərait yaratmaqdır.
Sərgidə Ə.Bakıxanov adına U.İ.M-i və 20 saylı məktəbəqədər müəssənin körpə fidanlarının əl işlərindən ibarət rəsmlər nümayiş olunmuşdur. Tədbirdə S.Rüstəmov adına U.İ.M-i və Dostluq mədəniyyət evinin rəqs dərnəyinin müəllim və şagird kollektivi iştirak etmişdir.
Fotolar
Xaqani Əzizovundur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !