Nə?Harada?Nə zaman? oyunu üzrə Azərbaycan Çempionatı keçirildi -

Nə?Harada?Nə zaman? oyunu üzrə Azərbaycan Çempionatı keçirildi

İyunun 9-da Park İnn otelində Gənclər və İdman nazirliyinin dəstəyi ilə Nə?Harada?Nə zaman? oyunu üzrə rus dilində Azərbaycan çempionatı baş tutdu.

Çempionatda ölkənin 40 ən güclü komandası mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən

Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionatının suallar paketinin redaktorları Rusiyanın məşhur sual müəllifləri Dmitriy Borok, Konstantin Naumenko, Timur Barskiy və Sergey Abramov idilər. Sergey Abramov eyni zamanda çempionatın aparıcısı qismində də çıxış edirdi.

Yarışın Apellyasiya Jürisinə məşhur bilicilər Aleksandr Druz, Maksim Potaşov və Boris Burda daxil idilər.

Çempionatın qalibi Balaş Qasımovun komandası oldu. İkinci yeri Faiq Hüseynovun komandası, üçüncü yeri isə Nigar İbrahimovanın komandası qazandılar. Çempionatın nəticələrinə görə ölkəmizin bu il keçiriləcək dünya çempionatında Balaş Qasımovun komandası təmsil edəcək. Turnirin qalibləri kubok, medallar və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !