"Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə" tədbiri -

"Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə" tədbiri

İyunun 13-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “İnkişaf və Dünya” İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının təşəbbüsü ilə "Azərbaycan xalq nağılları uşaqların səsi və rəsmləri ilə" adlı tədbir təşkil olunacaqdır. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların və yeniyetmələrin Azərbaycan xalq nağıllarına maraqlarını artırmaq və nağıllarımızı yaşatmaq, uşaqların nitq qabiliyyətlərini üzə çıxartmaqdır.
Tədbirdə bu ilin yanvar-aprel aylarında “İnkişaf və Dünya” İctimai birliyinin təşəbbüsü ilə 7, 27, 83, 125, 145 və 160 saylı orta məktəblərin iştirakı ilə Azərbaycan xalq nağıllarına həsr olunmuş oxu yarışmasının nəticələri elan ediləcək və qaliblər mükafatlandırılacaqdır. Bununla yanaşı Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının istedadlı balaca rəssamların Azərbaycan xalq nağılları motivləri əsasında çəkdikləri qrafik rəsmləri nümayiş etdiriləcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !