Gənc bəstəkarların kamera və instrumental əsərləri səslənmişdir -

Gənc bəstəkarların kamera və instrumental əsərləri səslənmişdir

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda gənc bəstəkarların kamera və instrumental əsərlərindən ibarət plenum çərçivəsində konsert olmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən plenum Milli Qurtuluş Gününə həsr edilmişdir.
Tədbirdə çıxış edən musiqişünas Səadət Təhmirazqızı müstəqillik illərində Azərbaycan bəstəkarlarının gördüyü işlərdən və son illərdə gənc sənətçilərin yaradıcılığından söz açmışdır. O, ənənəvi olaraq keçirilən gənc bəstəkarların əsərlərindən ibarət plenumu yüksək qiymətləndirmişdir.
Konsertdən əvvəl Pikə Axundova bildirmişdir ki, bu plenum bizə əsərlərimizi səsləndirməklə yanaşı, tanınmış bəstəkarların tövsiyələrini dinləməyə də imkan yaradır.
Konsertdə gənc bəstəkarlar Ayaz Qəmbərli, Pikə Axundova, Fərid Fətullayev, Türkər Qasımzadə və Röya Hüseynovanın əsərləri səsləndirilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !