IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı -

IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı

2012-ci il 18 - 29 sentyabr tarixində Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı keçiriləcəkdir. Artıq ənənə halını almış bu möhtəşəm festivalın açılışı 4-cü ildir ki, 18 sentyabr "Musiqi Günü"nə təsadüf edir.
Ötən illərdə olduğu kimi, bu il də festival çərçivəsində Bakının konsert zallarında, teatr səhnələrində və muzeylərində Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, Argentina və İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlərin iştirakı ilə tədbirlər keçiriləcəkdir. Bunlar:Köln Akademie Kamera Orkestri (Almaniya), "Signum" saksofon kvarteti (Almaniya), Zaxar Bronun rəhbərliyi ilə Beynəlxalq müsabiqə qaliblərindən ibarət Kamera Orkestri, "Moskva virtuozları" kamera orkestri (Rusiya), Vladimir Spivakov (dirijor, Rusiya), Gürer Aykal (dirijor, Turkiyə), Solen Paidassi (violin, Fransa), İlya Maksimov (piano, Rusiya), AŞU (saksofon, ABŞ), Kristov Kruaze (cello, Fransa), Canluka Marçiano (dirijor, İtaliya), Anna de la Veqa (fleyta, Argentina). Azərbaycanın tanınmış dirijor və solistləri, kollektivləri də xarici musiqiçilərlə səhnəni bölüşəcək: Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri, "Contempo" ansamblı,"Furioso Quartet", Rauf Abdullayev (dirijor), Toğrul Qəniyev (violin), Murad Adıgözəlzadə (piano), Murad Hüseynov (piano), Ağaverdi Paşayev (dirijor), Əyyub Quliyev (dirijor), Şəhla Əlizadə (arfa).
Festival çərçivəsində "Üzeyir evinin qonaqları" adlı yeni musiqi layihəsi təqdim olunacaq. Layihədə gənc istedadlarla görüşlər, kamera musiqisi konsertləri keçiriləcəkdir.
Eyni zamanda C.Puççininin "Canni Skikki" operası (Azərbaycanda ilk ifa), Q.Qarayevin "Yeddi gözəl" baleti, Ağcabədi "Qarabağ" Muğam Mərkəzində Üzeyir Hacıbəyli "O olmasın, bu olsun" tamaşaları nümayiş olunacaq.
Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında yeni çap olunmuş kitabların təqdimatı və "Üzeyir Hacıbəyli və musiqili qəzəl janrınınAzərbaycanda inkişaf yolları" adlı elmi-praktiki konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.
Bu ildən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi FestivalıRusiyanın "Musiqi Olimpi" Fondu ilə əməkdaşlığa başlamışdır. "Musiqi Olimpi" Fondunun xətti ilə gənc beynəlxalq müsabiqə laureatlarının konsertləri keçiriləcək.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !