Dahi bəstəkar, dramaturq, publisist Üzeyir bəy Hacıbəyli «O olmasın, bu olsun», əsəri ilə Azərbaycan musiqili komediya teatrının əsasını qoymuşdur. -

Dahi bəstəkar, dramaturq, publisist Üzeyir bəy Hacıbəyli «O olmasın, bu olsun», əsəri ilə Azərbaycan musiqili komediya teatrının əsasını qoymuşdur.

Dahi bəstəkar, dramaturq, publisist Üzeyir bəy Hacıbəyli «O olmasın, bu olsun», əsəri ilə Azərbaycan musiqili komediya teatrının əsasını qoymuşdur.
Müflisləşmiş Rüstəm bəy gənc, gözəl qızı Gülnaz xanımı qoca Məşədi İbada ərə verməklə, - Rza bəyin təbirincə desək - «pul dağarcığı» əldə etmək istəyir.Gülnaz xanım isə gənc student Sərvəri sevir.
Üzeyir bəy bu fabulanın ətrafında Məşədi İbaddan pul qoparmaq istəyən o dövrün çox xarakterik tiplərini - Qoçu Əsgəri, intiligent Həsən bəyi, qəzetçi Rza bəyi, millətçi Həsənqulu bəyi, hambalı toplayaraq çox maraqlı sujet xətti qurub həm vəziyyət, həm də xarkterlər komediyası yaradır.
«O olmasın, bu olsun» musiqili komediyası bir əsr əvvəl - qadınların hüquqlarının kobudcasına tapdalandığı dövrdə qələmə alınsa da indi də - qadın hüquqlarının mühafizəsinə həsr olunmuş simpoziumlar, ali məclislər keçirilən müasir zəmanəmizdə də çox aktualdır.
Məşədi İbad rolunu Respublikanın xalq artisti,Dövlət Mükafatı laureatı Yaşar Nuri və "Qızıl dərviş" mükafatı laureatı Rəhman Rəhmanov ifa edirlər.
Premyera 19 sentyabr 2010-cu ildə olmuşdur.
Quruluşçu rejissoru - Elşad Rəhimzadə
Quruluşçu rəssamı - Lətifə Quluzadə
Kukla ustası - Tatyana Melnikova
Fotomüxbir:Alisatov.Elxan (AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !