Hyatt Hotels şirkətinin icraçı direktorunun qondarma erməni soyqırımı kampaniyasını dəstəkləməsi ABŞ-ın türkdilli icmasını ciddi narahat etmişdir -

Hyatt Hotels şirkətinin icraçı direktorunun qondarma “erməni soyqırımı” kampaniyasını dəstəkləməsi ABŞ-ın türkdilli icmasını ciddi narahat etmişdir

Azərbaycan-Amerika Şurası, Amerika Azərbaycan Cəmiyyəti, Türk-Amerika Cəmiyyətləri Assambleyası, Türk-Amerika Cəmiyyətləri Federasiyası sentyabrın 20-də ABŞ-ın türkdilli icması adından Hyatt Hotels şirkətinin idarə şurasına müraciət etmişlər.
Azərbaycan-Amerika Şurasından AzərTAc-ın müxbirinə bildirmişlər ki, müraciətdə Hyatt Hotels şirkətinin icraçı direktoru Mark Hoplamazyanın qondarma “erməni soyqırımı” iddiaları kampaniyasına qatılmasından narahatlıq bildirilir.
Müraciətdə, həmçinin İstanbul və Bakıda 4 otelin uğurla fəaliyyət göstərdiyi şirkətin icraçı direktoru M.Hoplamazyanın Azərbaycana və Türkiyəyə qarşı nifrət hissləri aşılayan belə bir kampaniyaya qoşulmasının Hyatt şirkətinin biznes davranışı və etika məcəlləsinin müddəalarına nə dərəcədə uyğun olduğunu açıqlamaq xahiş olunur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !