"Amerikalı kürəkən" -

"Amerikalı kürəkən"

Musiqili Komediya Teatrı yaxın günlərdə tamaşaçılarına yeni tamaşa - bəstəkarı Ramiz Mirişli, ssenari müəllifi yazıçı dramaturq Marat Haqverdiyev olan "Amerikalı kürəkən" musiqili komediyasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissori xalq artisti İlham Namiq Kamaldır. İndiyə qədər teatrda müxtəlif rolları ifa edən aktyor yenidən özünü rejissor kimi sınamaq qərarına gəlib. Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, quruluşçu rəssamı Nabat Səmədovadır. Tamaşada “Ana” obrazını əməkdar artist Xanım Qafarova ifa edəcək. Bundan əlavə tamaşada rolları aktyorlar Ramil Qasımov, Çingiz Əhmədov, Gültac Həsənova, Əkbər Əlizadə, Səmədzadə Xasıyev, Afaq Abbasova və başqaları ifa edəcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !