"Nail & Art Jewellery" sərgisi -

"Nail & Art Jewellery" sərgisi

Əziz dostlar, sizi dırnaq dizaynı bəzəyinin ilk sərgisinə və Ülviyyə Musayeva tərəfindən yaradılan nağıl və macəra dünyasına qərq olmağa dəvət edirik. Ülviyyə Musayeva -Neyk-Art (Nail Art) üzrə ustadır. Bu işlə artıq 6 ildir ki, məşğul olur. O, Moskvada işləyib və təcrübə keçib, bir neçə sertifikat alıb. Bütün sərgisini o, dırnaqlar üzərində yaradılan rəsm kompozisiyası kimi görür. Hər bir kompozisiyanın yanına miniatür nağıl şəklində işin təsviri və ideyası əlavə olunacaq.
Sponsor və yaradıcı dəstək "Aneksi Design" şirkəti və onun sahibi, istedadlı rəssam Fəridə Süleymanovadır. Sərgidə bəzi kompozisiyaları simvolik qiymətə ala biləcəksiniz. Əldə edilən vəsait uşaq evlərinə sərf ediləcək.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !