10-cu sinif şagirdi Fidan Əliyevanın fərdi yaradıcılıq sərgisi -

10-cu sinif şagirdi Fidan Əliyevanın fərdi yaradıcılıq sərgisi

Oktyabrın 24-də Bakı Rəsm Qalereyasında 171 nömrəli məktəbin 10-cu sinif şagirdi Fidan Əliyevanın fərdi yaradıcılıq sərgisi açılmışdır.
AzərTAc xəbər verir ki, Qalereyanın müdiri Eldəniz Babayev F.Əliyevanı tədbir iştirakçılarına təqdim etmişdir. Bildirilmişdir ki, F.Əliyeva respublikamızda, eləcə də beynəlxalq uşaq rəsm müsabiqələrinin iştirakçısı olmuş, müxtəlif fəxri fərmanlara və diplomlara layiq görülmüşdür.
E.Babayev onun təsviri sənətin sirlərinə yiyələnməsində 1 nömrəli incəsənət məktəbinin rolunu xüsusi vurğulamışdır.
Sərgidə F.Əliyevanın yağlı boya və qrafika janrında 35 rəsmi nümayiş etdirilir.
Əməkdar incəsənət xadimləri, professor Elturan Avalov, sənətşünas Ziyadxan Əliyev və başqaları tədbirdə çıxış edərək gənc rəssamın əsərlərindəki üslub xüsusiyyətlərindən və mövzu genişliyindən, rənglərlə işləmək bacarığından söz açmış, ona uğurlar arzulamışlar.
Sonda F.Əliyeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sərgi oktyabrın 26-dək davam edəcəkdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !