Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda 30 min nəfərdən çox imkansız insana qurbanlıq ət paylanılmışdır -

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda 30 min nəfərdən çox imkansız insana qurbanlıq ət paylanılmışdır

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanın Tayfalar ərazisinin Lakki Marvat bölgəsində 250 baş, Pəncab əyalətinin Baraka-ho, Səid-Pur və Hari-Pur kəndlərində isə 100 baş iri və xırdabuynuzlu qurbanlıq heyvanın əti 30 min nəfərdən çox imkansız insana paylanılmışdır.
Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Qurban bayramı münasibətilə təşkil olunmuş mərasimdə Senatın xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan, bu ölkənin sabiq neft naziri, tanınmış siyasətçi Ənvər Seyfulla Xan, senator Osman Seyfullah Xan, Milli Assambleyanın üzvü Humayun Seyfulla Xan, bölgənin siyasi və dini rəhbərləri iştirak etmişlər.
Səlim Seyfulla Xan iki ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi və Pakistanın bu məsələyə dair mövqeyindən danışmışdır. Natiq Heydər Əliyev Fondunun Pakistanın mütəmadi olaraq terrorla üzləşən və iqtisadi inkişafdan geri qalan regionunda belə bir aksiya keçirməsini yüksək qiymətləndirmiş, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin bariz nümunəsi olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, aksiya maddi vəziyyəti ağır olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün tək maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir.
Ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarov tədbir iştirakçılarını Azərbaycan dövləti adından Qurban bayramı münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Diplomat Mehriban xanım Əliyevanın Azərbaycanda və xarici ölkələrdə reallaşdırdığı irimiqyaslı layihələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar tədbirlər çərçivəsində Kəşmirin Müzəffərabad şəhərində qızlar məktəbi inşa edilmiş, bu ölkənin Xayber Paxtunxva əyalətində hepatit B virusuna qarşı peyvəndləşdirmə işləri aparılmış, həmin əyalətin klinikalarında serebral iflicin müalicəsi təşkil olunmuş, açıq ürək cərrahiyyə əməliyyatları aparılmış, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə məqsədilə xüsusi laboratoriya ilə təchiz olunmuş, təcili tibbi yardım avtomobili hədiyyə edilmiş, göz klinikasının tikintisi üçün maddi yardım göstərilmiş, Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar üçün iftar süfrələri təşkil edilmişdir.
Bayram çərçivəsində səfir Heydər Əliyev Fondu tərəfindən cari il aprelin 30-da maliyyələşdirilmiş Lakki Marvat şəhər uşaq və qadın xəstəxanasına baş çəkmiş, orada müalicə alan pasiyentlərə və tibbi heyətə Mehriban xanım Əliyeva adından bayram sovqatları paylamışdır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !