Gənc rəssam Samirə Hüseynovanın sergisi açıldı -

Gənc rəssam Samirə Hüseynovanın sergisi açıldı

AzPRESS xəbər verir ki, 22 noyabr 2012-ci il tarixində Samirə Hüseynovanın “Park Bulvar” ticarət mərkəzində sərgisi açildı, Milli Məclisin deputatı Sevinc xanımın Fətəliyevanın təşəbbüsü və Sənaye bankının dəstəyi ilə “ Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsi çərçivəsində qadın sahibkarların əl işlərindən ibarət sərginin rəsmi açılış mərasimi keçirilmişdir. Bu sərgi xanımların nəinki əl işlərinin təqdim etmələrinə, həm də satışı üçün imkan yaratmışdır. Satış sərgi noyabr ayının 25 –dək davam etdiriləcəkdir. Onu da qeyd edək ki, 2012-ci ildə Azərbaycan Sənaye Bankının dəstəyi ilə Bakı, Gəncə və Sumqayıt şəhərlərində “Regionlarda qadın sahibkarlığının inkişafı” layihəsinin həyata keçirib. Bakı şəhərində layihə Suraxanı, Sabunçu və Xəzər rayonlarını əhatə edib.Layihənin əsas məqsədi qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və lazımı şəraitin yaradılmasına köməklik etməkdən ibarətdir. Layihənin əsas hədəf qrupları həmin regionlarda məskunlaşmış, bizneslə məşğul olan sahibkar qadınlar və ya biznes fəaliyyəti ilə başlamaq arzusunda olanlar, tələbələr, müəllimlər, valideyinlər, icma liderləri olub. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı xanım Sevinc Fətəliyeva,Azərbaycan Sənaye Bankın İdarə heyətinin sədri cənab Hüseyn Özmen. Suraxanı rayonu İcra Hakimiytyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov , SİDUS şi qrupun rəhbəri Gülnarə Həsənova ,sahibkarlıqla məşğul olmaq istəyində olan xanımala və diğər qonaqlar iştirak etmişlər. Tədbirdə çıxış edən Sevinc Fətəliyeva ölkəmizdə gedən inkişafdan , bu gün hər bir vətəndaşa sahibkarlıqla məğul olmaları üçün dövlət tərfindən yaradılan imkanlardan söhbət aşmışdır. Sənaye Bankının İdarə heyətinin sədri Hüseyn Özmen qarşlıqlaı əməkdaşlıdan mənmun olduğunu və gələcək də də bu cür tədbirlərin keçiriləcəyini vurğulamışdır. Diğər çıxışçılar bu cür tədbirlərin keçirilməsində zəhməti olan hər bir kəsə təşəkkürlərini bildirmişlər.
Xüsusi-fotomüxbir: Rüstəm İSMAYILOV (AzPRESS.az)

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !