Hilton Baku Korporativ Tədbiri -

Hilton Baku Korporativ Tədbiri

Hilton Baku Dekabr ayının 5-də Korporativ müştərilərinə bir il ərzində göstərmiş olduqları dəsətəyə görə minnətdərlığını bildirmək və eləcə də yeni təyin olunmuş Baş Müdir cənab Todori Kalamarisi təqdim etmək məqsədi ilə Korporativ tədbir təşkil etmişdir.
Ilk dəfə təşkil olunan Hilton Baku Korporativ Tədbiri əlbəttə ki, qeyri-adi xidməti və zəngin mətbəx seçimi ilə qonaqların gözləntilərini doğruldan maraqlı tədbirlərdən biri oldu. Tədbir valehedici güllərlə bəzədilmiş mehmanxananın əsas ziyafət zalında keçirilmişdir. Qonaqlar mehmanxanada gecə boyu qonaqpərvərliyin işığı və istiliyi ilə əhatə olunmuşdurlar.
Azəri və Avropa mətbəxinin geniş çeşidli təamları və auditoriyanın zövqünü oxşayan musiqi qonaqlara Hilton qonaqpərvərliyini bir daha tanıtdı.
Dəvət olunmuş şəxslərin siyahısında müxtəlif nazirliklərin təmsilçiləri, səfirlik və şirkət nümayəndələri, həmçinin, 2011-ci il Eurovision Musiqi Yarışmasının qalibi Eldar Qasımov da yer almışdı. Yarışmanın qalibi səhnədən mehmanxanamızın idarə heyətini şəxsən 1 illik fəaliyyəti münasibəti ilə təbrik etdi.
Açılış nitqi yeni təyin olunmuş Baş Müdirin Todori Kalamarisin Hilton Baku ailəsinin üzvü olmaq şərəfinə nail olması sözləri ilə başlandı:
“Biz şirkət olaraq Hilton markasının Bakıda, Azərbaycanda olması ilə fəxr edir və İSR Kapital İnvestment şirkəti ilə olan əməkdaşdığımızdan tam məmnunuq. Markamızın banisi Cənab Conrad Hiltonun da dediyi kimi dünyanı qonaqpərvərlik işığı və istiliyi ilə doldurmağa hazırıq”
Cənab Todori Kalamaris qonaqpərvərlik sahəsindəki 20 illik təcrübəsinə Birmingham Hotel and Catering Institutional Management’də başlamışdır. Bundan öncəki vəzifəsi Hilton İzmir mehmanxanasının Baş Müdiri olan cənab Todori Kalamaris hal-hazırda Hilton Baku mehmanxanasının Baş Müdiri vəzifəsini icra edir.
Hilton Otelləri və Rezortları haqqında
Sənayenin ən tanınmış adlarından biri olan Hilton Otelləri və Rezortları qonaqpərvərliyi ilə modern, geniş düşüncəli qlobal lider kimi qəbul olunur. Ilk ziyafət və Hollywood mükafat qala tədbirlərindən başlamış işgüzar tədbirlərə və yaddaşlarda qalacaq günlərə kimi Hilton dünyanın tarixlərə yazdığı, anlaşmalar bağladığı, qədəh qaldırdığı xüsusi tədbirlər üçün məkan seçimidir. Hilton Worldwide brendi qonaqların məhsul və xidmətlərə olan istəklərini qarşılayan və 144,00-dən çox Komanda Üzvi ilə qonaqların qayğısına qalan, hörmət göstərən və dəyər verən yenilikçi irsini davam etdirir.
Bu gün, Hilton Otelləri və Rezortları portfoliosuna dünyanın 80 ölkəsində 550-dən çox müəssisə daxildir və bu brend birmənalı “otel” anlamını daşıyır. Hiltonla bağlı son xəbərlərə http://news.hilton.com və ya səyahətinizə www.hilton.com saytından başlaya bilərsiniz. Sosial media istifadəçiləri Hilton ilə www.twitter.com/hiltonhotels , www.facebook.com/hilton və www.youtube.com/hilton saytları vasitəsi ilə əlaqədə ola bilərlər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !