“PalSüd şirkətinin təşkilatı ilə keçiriləcək “Olduğum kimi adlı solo konsert -

“PalSüd şirkətinin təşkilatı ilə keçiriləcək “Olduğum kimi adlı solo konsert

Konfransın mövzusu sevimli müğənninin Sentyabr ayının 5-i Yaşıl Teatrda "PalSüd" şirkətinin təşkilatı ilə keçiriləcək "Olduğum kimi" adlı solo konsertidir. Konsert proqramının əsasını Aygün Kazımovanın 20 illik yaradıcılığı boyu ifa etdiyi onlarla xit mahnılar təşkil edəcək. Müğənninin sözlərinə görə bu konsert ona 20 il ərzində səhnədə yaşadığı bütün hissləri konsertdə bir daha yaşamaq imkanı verəcəkdir. Göründüyü kimi o, konsertə ciddi hazırlaşır.

Layihə çərçivəsində ifa olunacaq mahnıların çoxu aranjemanın orijinal quruluşu qalmaq şərti ilə yalnız texniki tərəfdən yenilənəcək. Müasir üsul ilə dizayn olunmuş səhnə səs və işıq effektləri ilə bol olacaq. Konsertə gələn qonaqların hər birinə Aygünün həqiqətən də olduğu kimi göstəriləcəyi və onların 180 dəqiqə ərzində əsl şou izləyəcəkləri vəd olunur.
Konsert proqramı zamanı Aygün Kazımovanın geyimləri, onun ən məşhur səhnə libasları da yenidən hazırlanmış versiyalarda təqdim olunacaq. Aygün səhnədə oxuduğu mahnılara uyğun rəqs nömrələri ilə çıxış edəcək.
Bu layihənin həyata keçirilməsi "PalSüd"ün təşkilatı ilə mümkün oldu. Konsertə biletlər satılmır. Biletləri əldə etmək şansı bütün süd sevərlər üçün 2 ay ərzində PalSüd-ün keçirtdiyi "Südlü hədiyyələr" kampaniyası zamanı təqdim olunur.
Aygün Kazımovanın konsertinə bilet qazanmaq üçün 2 ədəd "PalSüd" südü almaq lazımdır. 2 ədəd "PalSüd" südü almış müştəri dərhal mağazada ona hədiyyə qazandıran kupona sahib olur və bununla da "Südlü hədiyyələr" lotereyasının iştirakçısına çevrilir. Xüsusi nömrələnmiş kupon vasitəsi ilə o aşağıda göstərilən hədiyyələrdən birini qazana bilər: Aygün Kazımovanın konsertinə 1 500 ədəd bilet, 2 500 ədəd uşaq önlüyü, 2 500 ədəd pazl, 16 500 ədəd stəkan, 42 000 ədəd dəsmal, 30 000 ədəd Naran (230 qram), 50 000 ədəd Ayran (230 qram), 71 450 ədəd uşaq qaşığı, 110 000 ədəd maqnit.
Nəzərinizə çatdıraq ki, lotereyada bütün biletlər uduşludur və Aygün Kazımovanın konsertində iştirak edib etməməsindən asılı olmayaraq hər bir lotereya sahibinin kuponu 5 sentyabr 2009-cu il, Yaşıl Teatrda konsertdə təşkil olunacaq super oyunda iştiraka yollanacaq. Super oyunda oynanılacaq hədiyyələr bunlardır: 1 ədəd Notebook, 1 ədəd Ev Kinoteatrı, 1 ədəd 2 nəfərlik Bodruma səyahət və 1 ədəd avtomobil (Hyundai I-10!)
"Südlü hədiyyələr" lotereyası 2009-cu il iyulun 10-an sentyabrın 4-nə kimi oynanılacaq.