AGP PRODAKŞN əfsanəvi tarixi və indiki zamandan bəhs edəcək filmlərin çəkilişlərinə başlayir -

AGP PRODAKŞN əfsanəvi tarixi və indiki zamandan bəhs edəcək filmlərin çəkilişlərinə başlayir

"AGP" PRODAKŞN-a bəstəkar və aranjımançı Vüqar Camalzadə rəhbərlik edir,
O hətta bir neçə filmlərin bədii rəhbəri və bəstəkarı olub. "AGP"PRODAQŞN son illərdə çəkdiyi kiçik və iri froqmentli filmlərdə,uşaq satirik jurnalları ilə gənc və yaşlı tamaşaçılar tərəfindən sevilib. Filmlərdən bir neçəsi sizə dəlil olaraq təqdim edə bilərik: Atama deyərəm, Nümunəvi Şagird, Vərdiş, Peşə,Rüşvət,Çətin yol, Hesab, Məzə,Əziz dost,Ədalət və s. kimi filmlərdir.
"AGP"PRODAKŞN əfsanəvi tarixi və indiki zamandan bəhs edəcək filmlərin çəkilişlərinə başlayir. Filmin bəstəkarı bədii rəhbər Vüqar Camalzadəyə, ssenari müəllifi Arzu Soltana, rejissor Ramiz Əfəndiyevə aiddir. Bu filmdə tanınmış aktyorların çəkilməsi nəzərdə tutulub. Film yüksək səviyyədə və peşəkarcasına çəkiləcək.
Sizi filmin annotasiyası ilə tanış edirik.
Ürəklərdə Yaşayanlar
Sirli bir dünyada Pərilər Padşahı, Pərşahla yola getməyən Şərrin adlı qara qüvvə padşahın yerinə doğulmuş qızını tilsimləyib, Dünyaya göndərir. Selcan adlı bu qız böyüyüb könlünü kimə versə, onu döyüşlərə, qələbələrə ruhlandıra bilər. Şərin məqsədi onu qara qüvvələrə meyilli bir adama rast edib, qara qüvvənin dünyanı ələ almaq uğrunda vuruşmasına rəvac verməkdədir.
Tural adlı gənc dəniz qırağında gəzəndə bir medalyon tapır. Medalyon onun xoşuna gəlir və Tural onu boynunda gəzdirir.Tural bilmirki,medalyon qara qüvvəıərin simvoludur və Şərrin idarəsi ilə onu gəzdirən insan (yalnız insan) qara qüvvələrin quluna çevrilməli və Pərşahın qızı ilə evlənməlidir. Bundan sonra isə, qara qüvvələrin bütün dünyasını idarə etməsi uğrunda vuruşmalıdır.
Medalyon təsiri ilə Tural Selcanla tanış olur.Onlar Şərrin və Pərilər
Padşahlığının olduğu sirli dünyaya düşürlər. Burda Tural Selcanın da varlığından xəbəri olmadığı əkiz bacısı Pəri ilə tanış olur. Pəri Turala bütün sirləri açır. Sonra Tural medalyonu atır və öz ürəyinin səsi ilə Pəri ilə evlənir.
Selcan ona verilmiş tilsimin gücü ilə sirli dünyada yaşayan Ərgünü qəhrəmanlığa, öz xalqının azadlığı uğrunda vuruşmağa sövq edir. Sonda Ərgünün yanında qalmağı qərara alan Selcan da bütün həqiqətləri öyrənir.
(Mətni hazırladı: D.Fuad)