MİRAS öz təcrübəsini dünyaya tanıdır -

MİRAS öz təcrübəsini dünyaya tanıdır

2013-cü il yanvarın 18-19-da Makedoniyanın Ohrid şəhərində ilk dəfə Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransı keçiriləcək. Konfransda MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin nümayəndə heyəti də iştirak edəcək.
1-ci Beynəlxalq Mədəni İrs, Media və Turizm konfransını Makedoniyanın Sosial Mədəni Antropologiya İnstitutu ESRA- Skopje, Paris, New York Audiovizual İncəsənət İnstitutu, Bolqarıstanın Film, Televiziya və İnternet Kommunikasiyaları Akademiyası və Rusiyanın (Moskva) Televiziya və Radio Avro-Asiya Akademiyası ilə birgə təşkil edir. Konfransda 12 ölkədən 51 məruzə ilə 60 iştirakçı çıxış edəcək.
Tədbirdə MİRAS İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Qafar Cəbiyev və MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Azərbaycanda tarixi-mədəni irsin araşdırılması, qorunması və təbliğində qeyri-hökumət təşkilatlarinin fəaliyyəti”, birlik sədrinin müavini Arzu Soltan “MİRAS İctimai Birliyinin mədəni irsin tədqiqi və təbliği təcrübəsi”, Sərgi və dizayn şöbəsinin müdiri Vüqar Quliyev “Orta əsr metal məmulatlarının tədqiqi və konservasiyası”, İdarə Heyətinin üzvü, bərpaçı-mühəndis Qədrəddin Nemətzadə “Mədəni irsin təbliğində arxeoloji turizmin rolu” mövzusunda məruzə edəcəklər.
MİRAS İctimai Birliyi səfər çərçivəsində Makedoniyanın Skopye şəhərində NGO ARCHAEOLOGICA təşkilatı ilə birlikdə mədəni irs seminarı təşkil etməyi planlaşdırır.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !