Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskini Puşkin medalı ilə təltif etmişdir -

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Xalq Artisti Aleksandr Şarovskini “Puşkin medalı” ilə təltif etmişdir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski mədəniyyətin və incəsənətin inkişafına verdiyi töhfəyə görə “Puşkin medalı” ilə təltif edilmişdir.
AzərTAc xəbər verir ki, Puşkin medalı ilə Rusiya vətəndaşları və əcnəbilər incəsənət və mədəniyyət, təhsil və ədəbiyyat sahəsində nailiyyətlərinə, mədəni irsin öyrənilməsinə və qorunmasına verdikləri töhfələrə, millətlər və millətlərin mədəniyyətlərinin yaxınlaşmasında əməyinə görə təltif edilir. Bu medal bir qayda olaraq 20 il və ya daha çox humanitar və ictimai işlər üzrə fəaliyyət göstərənlərə verilir.
Bu ilin fevral ayında A. Şarovskinin 65 yaşını qeyd edəcəkdir. 1976-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyən Aleksandr Şarovski 1993-cü ildən bu sənət məbədində baş rejissor vəzifəsində çalışır. Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşaya quruluş vermişdir. Onun səmərəli fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !