Soyqırımı kim kimə qarşı törətmişdir? -

Soyqırımı kim kimə qarşı törətmişdir?

Birinci Dünya müharibəsi illərində, 1922-ci il yayın axırlarına qədər erməni və türk əhalinin birgə yaşadığı ərazinin çox hissəsində ermənilər tərəfindən başlanmış çoxsaylı zorakılıq və qırğın aktları törədilmişdir. Zorakılığın məhz ermənilər tərəfindən təhrik edilməsi və türklərin əvvəlcə etnoslararası qarşıdurmaya və hərbi əməliyyatlar zonasında müxtəlif daxili iğtişaşlara yol verməmək cəhdləri tam sübut edilmişdir.
1914-cü ildən 1922-ci il yayın sonuna qədər Anadoluda və Cənubi Qafqazda silahlı erməni bandaları tərəfindən mülki (dinc) əhali arasında 523.955 müsəlmanın (türk, azərbaycanlı, kürd, çərkəz) dəqiq adları, yaş dəftərlərində onlara aid məlumatlar və onların hansı şəraitdə qətlə yetirilməsi müəyyən edilmişdir. Öldürülmüş şəxslərin adlarının siyahısı və Türkiyə jandarmeriyasının müvafiq sənədləri, o cümlədən şahid ifadələri, adamların həlak olması şəraitinin və ölüm səbəblərinin təsviri Türkiyənin dövlət arxivlərində saxlanılır. Söhbət məhz ermənilər tərəfindən qətlə yetirilmiş mülki müsəlman əhalinin sənədlər əsasında qeydiyyata alınmış sayından gedir.
Vurğulamaq lazımdır ki, yuxarıdakı rəqəmə itkin düşənlərin, qardaş məzarlarında dəfn edilənlərin, naməlum şəraitdə öldürülənlərin, habelə zorakılıq tətbiq edilmədən, lakin birbaşa erməni vəhşilikləri nəticəsində – valideynlərin və ya ailəni dolandıran digər yaxınlarının itirilməsi, aclıq, soyuq, dağıntı və xəstəliklər səbəbindən ölmüş şəxslərin sayı daxil deyildir.
“523.955” ədədinə yunan ordusunun və Kilikiyada Fransa ordusundakı Erməni Legionunun tərkibindəki erməni könüllüləri tərəfindən dinc müsəlman əhali arasında qətlə yetirilmiş qurbanların sayı da daxil deyildir. Bu, sübut olunmuş və inkar edilməsi mümkün olmayan ən minimal rəqəmdir.
Qərbli tədqiqatçılar (məsələn, professor C.Makkarti) ermənilər tərəfindən qətlə yetirilmiş mülki müsəlman əhalinin ümumi sayının təxminən 2,5 milyon olduğunu bildirir.
Həlak olmuş ermənilərin real sayı təxminən 300.000 nəfər, yəni həlak olmuş müsəlmanların sayından 8,5 dəfə azdır. Bunların təqribən dörddə bir hissəsi mənəviyyatca pozulmuş Rusiya ordusunun qalıqları ilə birlikdə Anadoludan Qafqaza qaçarkən yolda, zorakılıq tətbiq edilmədən ölmüş, təxminən bir o qədəri isə Suriyaya gedərkən yolda, yenə də zorakılıq tətbiq edilmədən ölmüşdür. Həm köçürülməyə qədər, həm də köçürülmə zamanı təqribən 150.000 erməni kürdlərin, ərəblərin və qətlə yetirilmiş qohumlarına görə qisas alan türklərin hücumları nəticəsində zorakılıqla öldürülmüşdür.
Öldürülmüş ermənilərin sayının 1,5 milyon olması cəfəngiyatdır. Birinci Dünya müharibəsi başlanmazdan əvvəl aparılmış siyahıyaalmanın nəticələrinə görə, Osmanlı imperiyasında cəmi 1.294.000 erməni yaşayırdı. Erməni Ümumi Xeyriyyə İttifaqının rəhbəri Boqos Nubar Paşa özü etiraf edir ki, müharibənin sonuna qədər azı 700.000 erməni salamat qalmışdı. “Deportasiya edilənlərin ümumi sayının 600.000-dan 700.000-a qədər olması ehtimal edilir. Mənim gətirdiyim rəqəmlər yalnız hazırda müttəfiq qoşunlar tərəfindən tutulmuş ərazidə salamat olanların sayını əks etdirir. Deportasiya edilənlərin hələ səhralara səpələnmiş hissəsinə gəldikdə isə bu barədə bizdə indiyə qədər heç bir məlumat yoxdur” – Boqos Nubar Paşa bu sözləri 1918-ci il dekabrın 12-də (yəni, Birinci Dünya müharibəsi artıq başa çatandan sonra) Fransa xarici işlər nazirinə ünvanlanmış məktubunda yazırdı.
Təkcə Ermənistan Respublikasına (azərbaycanlılar tərəfindən ermənilərə bağışlanmış İrəvana və Zəngəzura) Anadoludan 420.000 qaçqın erməni gəlmişdir (erməni tarixçisi Riçard Ovanisyan isə Ermənistanda sığınacaq tapmış ermənilərin yarım milyon olduğunu yazır). Sonradan onlar yerli Azərbaycan əhalisini həmin ərazidən sıxışdırıb çıxarmışlar. Müharibədən sonra, əsasən Suriya və Livandan, daha 455.000 erməni Avropaya köçmüşdür. Türkiyənin özündə isə 1923-cü ilə qədər 123.000 erməni sakitcə yaşamaqda davam edirdi. Bəs, “1,5 milyon” erməninin qırılması barədə deyilənlər nəyə əsaslanır??? Erməni əhalisi arasında – həm zorakı, həm də qeyri-zorakı ölüm nəticəsində - ümumi itki 300 min nəfərdən heç cür artıq ola bilməzdi. Fransız tədqiqatçısı Jorj de Malevil də bu rəqəmlə razılaşır.
Beləliklə, 300.000 erməni və 2,5 milyon müsəlman öldürülmüşdür... Hətta adları dəqiq müəyyən edilmiş 523.955 müsəlmanın öldürüldüyünü götürsək, belə bir sual çıxır: soyqırımı kim-kimə qarşı törətmişdir?

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !