Birlikdə bunu da etdik! -

Birlikdə bunu da etdik!

Birlikdə bunu da etdik!
Ağ Evin rəsmi saytında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yerləşdirilmiş petisiya artıq 100 min imza toplamışdır

Xəbər verdiyimiz kimi, yanvarın 23-də Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People) bölməsində Prezident Barak Obama administrasiyasının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına cəlb etməyə yönəlmiş petisiya yerləşdirilmişdir.
Bu petisiya üzrə səsvermə fevralın 22-də bitəcəkdir. Lakin tələb olunan 100 min imza artıq yığılmışdır. Buna baxmayaraq hazırda səslərin verilməsi prosesi davam edir.
Xatırladaq ki, bu kampaniya ilə əlaqədar Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) öz həmvətənlərimizə dəfələrlə müraciət edərək onları həmrəylik nümayiş etdirməyə və bu petisiyanı imzalamağa çağırmışdır.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !