ARGTMŞ tərəfindən Dağlıq Qarabağ problemi ilə bağlı ictimai yerlərdə səsvermə davam edib. -

ARGTMŞ tərəfindən Dağlıq Qarabağ problemi ilə bağlı ictimai yerlərdə səsvermə davam edib.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan “100 000” səsdən biri sənin olsun!” kampaniyası ilə ”Ağ ev”-in rəsmi saytında Dağlıq Qarabağ probleminin ”Ağ ev”-də müzakirəyə çıxarılması üçün yaradılmış petisiyalara səs toplanmasının virtual aləmdən, ictimai yerlərə çıxarılması davam etdirilir.
16-17 fevral 2013-cü il tarixlərində “Park Bulvar” AVM və digər ictimai yerlərdə Dağlıq Qarabağ problemi ilə bağlı səsvermə həyata keçirilib.
Kampaniyada Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının və onun üzvü olan “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin, eləcə də “İşıq” gənclər təşəbbüs qrupu, Azərbaycan Gənclik Mədəniyyət, İncəsənət və Elm Evini təmsil edən 20 könüllü iştirak edib.
“Park Bulvar” AVM və insanların çox olduğu xüsusi ictimai məntəqələrdə səsvermə üçün internetə çıxışı olan notebook, netbook və planşetlər quraşdırılıb. Məntəqələrin qarşısından keçən insanlara petisiya haqqında məlumat verilib. Daha sonra səsverməyə qoşulmaq və öz səsini vermək istəyənlərə planşet, notebook, netbook-lar vasitəsilə səsvermə imkanı yaradılıb.
Kampaniya gənclərin böyük marağına səbəb olub və 2 gün ərzində 6000-dən çox gənc kampaniyaya qoşulub. Səsverənlər arasında müəllimlər, müxtəlif ictimai təşkilatların nümayəndələri də yer alıblar.
Qeyd edək ki, ARGTMŞ tərəfindən həyata keçirilən, “100 000” səsdən biri sənin olsun!” kampaniyasının birinci mərhələsində 9-10 fevral 2013-cü il tarixlərində ictimai yerlərdə Xocalı soyqrımı və Dağlıq Qarabağ problemi ilə bağlı səsvermə həyata keçirilmişdir. Kampaniyanın birinci mərhələsində 7000-dən çox gənc kampaniyaya qoşulmuşdur və kampaniya qoşulan gənclərin sayı ümumilikdə 13000 çatmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !