1988-ci il fevralın 28-29-da Sumqayitdakı hadisələr ilə əlaqədar tədbir -

1988-ci il fevralın 28-29-da Sumqayitdakı hadisələr ilə əlaqədar tədbir

1988-ci il fevralın 28-29-da Sumqayitdakı hadisələr ilə əlaqədar tədbir

Giriş sözü;
YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov
Tədbiri aparmaq üçün sözçü: Olya İslamova.
Çıxışlar:
1. YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov.
2. YAP Sumqayıt şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov.
3. SDU Gənclər Birliyinin sədri Aysel Məmmədova.
4. AzMİ-nun tələbəsı Amal Əsgərov.
5. SDU İranə Abdullayeva.

Yekun söz: YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov.
Sumqayıt şəhər YAP Gənclər Birliyi “ Sumqayıt hadisələrinə”
həsr olunmuş dəyirmi masa keçirirmişdir


Sumqayıt şəhər YAP Gənclər Birliyi “ Sumqayıt hadisələrinə” həsr olunmuş dəyirmi masa keçirmişdir. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə «Sumqayıt şəhər Tarxi Muzeyinin » direktoru Olya İslamova, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov , YAP Sumqayıt şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov və Sumqayıt Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov 1988-ci il fevralın 28-də İrəvan və Moskvanın xüsusi xidmət orqanları tərəfindən Sumqayıt hadisələrinin törədilməsi, həmin il fevralın 27-29-da baş verən bu qanlı hadisələr nəticəsində 32 nəfər – 26 erməni və 6 azərbaycanlının öldürülməsi, onlarla şəxsin yaralanması haqqında məlumat verdi. Sumqayıt hadisələrinin hazırlanmasında və həyata keçirilməsində erməni millətçilərinin, Moskvada və xaricdəki havadarlarının əli olduğunu bildirən natiq əminliklə vurğuladı ki, Sumqayıtdakı hadisələrə siyasi qiymət veriləcək, ermənilərin bütün cəhdlərinə baxmayaraq şəhərimiz üzərindən qara ləkə götürüləcəkdir.

Daha sonra məruzə üçün söz «Sumqayıt şəhər Tarxi Muzeyinin » direktoru Olya İslamovaya verildi. Olya İslamova çıxışında Sumqayıtdakı hadisələrin fonunda bir çox mətləbələrə aydınlıq gətirdi. Sovet Dövlət Təhlükəsizlik Komitəsinin mətbəxində hazırlanan qanlı ssenaridə guya ermənilərin əzildiyi, haqlarının tapdandığı dünya ictimaiyyətinə təqdim edilməklə, əslində yeni bir mərhələdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırım, işğalçılıq siyasətinin əsası qoyulduğunu bildirdi.

Çıxış üçün söz YAP Sumqayıt şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədova verildi. O, çıxış edərək tədbir iştirakçılarına Qarabağda yaradılan “Krunk” komitəsinin haqqında məlumat verdi. Hər ay hər bir erməninin öz məvacibindən müəyyən məbləği Stepanakertə ötürməsi, Sumqayıtdakı hadisələrdən bir neçə ay qabaq ermənilərin əmanət kassalarından pulları kütləvi surətdə çxarmağa başladıqlarını bildirdi.. Çünki Sumqayıtda tezliklə qan tökülcəyi haqda xəbərləri var idi. Bu, bir daha onu sübut edir ki, Sumqayıtdakı hadisələr qabaqcadan düşünülmüş, planlaşdırılmış bir aksiya idi –deyə C.Məmmədov əlavə etmişdir.

Geniş diskussiya şəraitində keçən tədbirdə SDU-nin GB sədri Aysel Məmmədova, SDU-nun tələbəsi İranə Abdullayeva, AzMİ-nun tələbəsi Amal Əsgərov Sumqayıt hadisələri ilə bağlı öz fikirlərini tədbir iştirakçılarına çatdırdılar.

Yekun çıxış üçün söz YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilova verildi. Elmar Xəlilov tədbirdə çıxış edərək tədbirin keçirilmə məqsədindən danışmış, Sumqayıtda törədilmiş hadisələri doğuran səbəblərdən, onun mahiyyətindən danışmışdır. Çıxışında Sumqayıt hadisələri müfəssəl olaraq bir daha təhlil edilmiş, hadisələrin keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun dəstəyi ilə ermənilər tərəfindən xüsusi ssenari üzrə törədildiyi nəzərə çatdırılmışdır. Bildirilmişdir ki, Sumqayıtda törədilən hadisələr ermənilərin “Böyük Ermənistan” adlı məkrli və zəncirvari planının bir həlqəsi idi .

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !