Qara xaç yürüşü-genosid kitabı erməniliyin mahiyyətini ifşa edən sanballı tədqiqat əsəridir -

“Qara xaç yürüşü-genosid” kitabı erməniliyin mahiyyətini ifşa edən sanballı tədqiqat əsəridir

Ermənilərin Türkiyədə və Azərbaycanda törətdikləri faciələrdən bəhs edən növbəti kitab “Qara xaç yürüşü-genosid” adlanır.
“Zərdabi LTD” MMC nəşriyyat-poliqrafiya müəssisəsində çap edilmiş kitab gənc nəslin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması məqsədi ilə qələmə alınmışdır.
AzərTAc xəbər verir ki, tədqiqatçı, Qarabağ müharibəsi veteranı Etibar Məmmədli və Elxan Yaqubov tərəfindən yazılmış bu kitabda ermənilərin Azərbaycan və bütün türk-müsəlman dünyasına qarşı terrorçuluq və işğalçılıq fəaliyyətlərinin səbəbləri, mənbə və məqsədləri geniş təhlil edilmişdir.
Azərbaycan və türkiyəli alimlərin elmi məsləhətləri ilə işıq üzü görən əsərin yaxın gələcəkdə beş dilə tərcümə olunması nəzərdə tutulmuşdur.
Nəşrə Bakı İslam Universitetinin rektoru, ilahiyyat elmləri namizədi hacı Sabir Həsənli “Ön söz” yazmışdır.
Kitabın tarixi və coğrafi miqyası çox böyükdür. Burada yer alan “Qara xaç yürüşü -200 illik savaş”, “Erməniliyin mənşəyi haqqında”, “Erməni terror təşkilatları”, “Azərbaycan mədəniyyətinə qarşı erməni vandalizmi” və digər başlıqlı yazılar dolğun və tarixi faktlarla zəngin olmaqla yanaşı, həm də başımıza gətirilmiş müsibətlərin öyrənilməsi baxımından olduqca əhəmiyyətlidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !