Türkiyədə erməni dilində nəşr edilən Agos qəzetinin redaktoru erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırmışdır -

Türkiyədə erməni dilində nəşr edilən “Agos” qəzetinin redaktoru erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırmışdır

Türkiyədə erməni dilində nəşr edilən “Agos” qəzetinin redaktoru Robert Koptaş erməniləri Xocalı faciəsinə görə məsuliyyəti öz üzərinə götürməyə çağırmışdır.
AzərTAc xəbər verir ki, Koptaş “Agos” qəzetində dərc edilmiş “Xocalıya görə məsuliyyət” adlı məqaləsində Xocalı soyqırımı haqqında ətraflı məlumat vermiş və bu hadisəni insanlığın faciəsi adlandırmışdır. Müəllif yazır ki, 21 il bundan əvvəl Xocalıda baş vermiş hadisələr dəhşətli faciədir və Türkiyədə yaşayan ermənilər bu cinayət haqqında hələ çox şey öyrənməlidirlər.
Məqalədə vurğulanır ki, bu faciəli hadisəni müharibənin “qaranlıq tərəfləri”nə aid etmək olardı, lakin əgər ermənilər özlərini soyqırımına məruz qalmış millət hesab edirlərsə, onlar susmamalı və məsuliyyətdən qaçmamalıdırlar.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !