Heydər Əliyev Mərkəzi əcnəbi fotoqraflar arasında müsabiqə elan edir -

Heydər Əliyev Mərkəzi əcnəbi fotoqraflar arasında müsabiqə elan edir

Heydər Əliyev Mərkəzi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar əcnəbi fotoqraflar arasında “Azərbaycan əcnəbilərin gözü ilə” fotomüsabiqəsi elan edir.
Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildirmişlər ki, fotolarda Azərbaycanın tarixi, təbiəti, mədəniyyəti, incəsənəti, adət-ənənələri, gündəlik həyatı, idmanı və s. mövzular əhatə oluna bilər.
Müsabiqəyə təqdim olunan fotolar bu il martın 20-dən aprelin 30-dək Heydər Əliyev Mərkəzinin elektron poçt ünvanına (info@heydaraliyevcenter.az, heydaraliyevmerkezi@gmail.com) və ya DVD, flash card və ya hard disklərdə Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti) göndərilməlidir.
Müsabiqədə peşəkar və həvəskar fotoqraflar iştirak edə bilərlər.
Fotoların əsli maksimal ölçüdə təqdim edilməli, hər bir faylda müəllifin adı və soyadı göstərilməlidir. Müsabiqəyə göndərilən fotolara ilkin korreksiya istisna olmaqla kənar modifikasiya edilməməlidir.
Fotolarla yanaşı, müəllifin pasport üzrə adı, soyadı, yaşadığı ölkə və şəhər, əlaqə telefonları, elektron poçt ünvanı, eləcə də müsabiqəyə verilən fotolar barədə informasiyanı (çəkiliş tarixi, çəkiliş yeri və s.) əhatə edən məlumat elektron formada göndərilməlidir.
Müsabiqədə iştirak edən fotolar geri qaytarılmır.
Qaliblərə mükafatlar təqdim ediləcəkdir. Müsabiqədə birinci yeri tutan əcnəbi iştirakçı 1 ədəd peşəkar fotokamera və 1 ədəd planşet kompyuter, ikinci yerin sahibi 1 ədəd fotokamera və 1 ədəd planşet kompyuter, üçüncü yeri tutan isə 1 ədəd noutbukla mükafatlandırılacaqdır.
Müsabiqədə fərqlənən daha 10 əsərin müəllifinə həvəsləndirici mükafat–mini planşet kompyuter təqdim olunacaqdır.
Müsabiqə ilə bağlı suallar (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !