Şəmkirdə el şənliyi keçirilmişdir -

Şəmkirdə el şənliyi keçirilmişdir

Xalqımızın ən əziz bayramlarından olan Novruz ilə əlaqədar Şəmkirdə el şənliyi təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, şənlik elimizin adət və ənənəsinə uyğun olaraq Dədə Qorqud ilə Bahar qızın meydana daxil olması ilə başlamışdır. Bayram tonqalı alovlandırılandan sonra qızlar yallı getmiş, Keçəllə Kosanın məzhəkəli oyunları başlamışdır.
Şənlik iştirakçıları meydanda bişirilən fətir, yuxa, plov və sair nemətlərdən dadmış, idmançıların nümunəvi çıxışlarına baxmışlar. Aşıqların çıxışları da şənliyə xoş ovqat bəxş etmişdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !