Məmməd Səid Ordubadinin Qanlı illər (1905-1906) sənədli-tarixi əsəri İranda nəşr olunmuşdur -

Məmməd Səid Ordubadinin “Qanlı illər (1905-1906)” sənədli-tarixi əsəri İranda nəşr olunmuşdur

 Görkəmli yazıçısı Məmməd Səid Ordubadinin “Qanlı illər (1905-1906)” sənədli-tarixi əsəri Tehranda fars dilində nəşr olunmuşdur. “Azərbay” türkcə çap və yayım şirkətini tərəfindən nəşr edilib yayılan əsər XX əsrin əvvəllərində erməni silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri ağır cinayətlər barədə müfəssəl məlumat verir. Kitab ümumilikdə Azərbaycana qarşı erməni təcavüzünün tarixi, münaqişənin yaranmasının siyasi səbəbləri, onun ağır sosial nəticələri barədə farsdilli oxucular və tədqiqatçılar üçün mühüm mənbədir.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !