I MİRAS Rəssamlıq Simpoziumu -

I MİRAS Rəssamlıq Simpoziumu

Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi yeni layihəyə start verib. Belə ki, birlik I MİRAS Rəssamlıq Simpoziumunun keçirilməsi haqqında elan yayıb. Elanda deyilir ki, simpozium 2013-cü il mayın 9-15-də Ağsu və İsmayıllı rayonlarında keçiriləcək.
Simpoziumun keçirilməsində məqsəd regionlarda rəssamlığın inkişafına dəstək vermək, bu sahəyə paytaxtdan kənarda da diqqət və marağı artırmaq, ümumiyyətlə, Azərbaycanda rəssamlıq simpoziumları ənənəsi yaratmaqdır.
Simpozium zamanı 4 gün ərzində iştirakçıların Orta əsr Ağsu şəhəri qazıntı sahəsi ilə tanış olması və orda gördüklərini kətan üzərinə köçürməsi nəzərdə tutulur. Daha sonra simpozium İsmayıllıda Qaya oteldə davam etdiriləcək. Tədbirə qatılan rəssamlar simpozium müddətində aşağıdakı mövzulardaə rəsm hazırlayacaqlar: arxeoloji qazıntı sahəsində gördüklərim, mənzərə və sərbəst kompozisiya
Rəssamların çəkdikləri əsərlər Miras İctimai Birliyinin kolleksiyasında qalacaq. Gələcəkdə bu əsərlərin muzey sərgilərində və xarici ölkələrdə numayişi nəzərdə tutulur.


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !