Nyu-Cersi ştatının Assambleyası azərbaycanlıların soyqırımını tanımışdır -

Nyu-Cersi ştatının Assambleyası azərbaycanlıların soyqırımını tanımışdır

ABŞ-ın Nyu-Cersi ştatının Assambleyası martın 31-ni Azərbaycanlıların soyqırımı qurbanlarının xatirə günü kimi tanıyan qətnamə qəbul etmişdir.
Sənəddə deyilir ki, silahlı erməni daşnak-bolşevik dəstələri 1918-ci ilin martında Bakı, Quba və Şamaxıda, habelə Bakı quberniyasının digər yaşayış məntəqələrində dinc azərbaycanlılara divan tutmuşdur. Təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi.
Assambleyanın sədri Şeyla Oliver tərəfindən imzalanmış qətnamə Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəriyə təqdim edilmişdir.
Qətnamədə deyilir ki, 1918-ci ilin mart hadisələri zamanı 20 mindən çox azərbaycanlı qətlə yetirilmişdir. Azərbaycanlıların soyqırımını “dünya tarixində ən çox qınanan qanlı azğınlıqlardan biri” adlandıran Nyu-Cersi parlamentinin deputatları Azərbaycanın şəhər və kəndlərində misli görünməmiş vəhşiliklər törətmiş silahlı daşnak-bolşevik dəstələrinin hərəkətlərini pisləmişlər.(AzərTAc).

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !